Su təmizləmə sistemləri, hər növ su filtrlərinin satışı, quraşdırılması və texniki xidməti. 24/7 xidmət
Su filtri cihazı seçərkən diqqət olunmalı xüsusiyyətləri:
Iistehsalçı ölkə, markasına, qablaşdırılmasına, süzmə gücünə, suyun ph və tds göstəricisinə, cihazın əmniyyətinə (su sızdırarkən özünü bloklaması), sertfikatına və dgər detalların keyfiyyətinə.
Su filtri cihazıları adətən altı ədəd filtrdən ibarət olur.
1. Pambıq filtri (5 mikron sıxlığında) – Lil, qum, pasdan
2. Kristal kömür filtri – xlordan
3. Aktiv blok kömür filtri (1 mikron sıxlığında) – Lil, qum, pas və xlordan
4. Membran filtri (0.0001 mikron) molekulyar səviyyədə – virus, bakterya və ağır metal, kimyəvi tullantılardan
5. Kakos filtri – suda olan xoşa gəlməz qoxuları temizləyərək suyu təravətləndirir
6. Mineral filtri – suyu minerallarla zənginləşdirir
Şəbəkə suyunun tərkibindən asılı olaraq:
1. İlk üç filtr (pambıq, kömür, blok kömür) 6-12 ay
2. Membran filtri 12-24 ay
3. Kakos filtri 8-12 ay
4. Mineral filtri 12-24 ay muddətində dəyişdirilməlidir.
Çirklənmə TDS meterlə yoxlanılır, əgər göstərici 100-ppm üzərinə çıxıbsa filtrlərin hamısı mütləq dəyişdirilməlidir.
Hər bir filter öz vaxtında dəyişdirilmədikdə suyun keyfiyyəti aşağı düşür və cihazda müxtəlif problemlər yaranır.
Məsələn: Motor, adaptor yana bilər, su sızması baş verə bilər, ilk üç filtr çirkabı ötürərək digər filtrləri sıradan çıxarar və aparatda başqa problemlər yaranar.
Başqa filtrlər də suyu süzəcək, amma avadanlıq suyu öz filteri ilə süzdüyü kimi süzə bilməyəcək və avadanlıq 2 dəfə daha artıq gücə düşəcək. Bu da avadanlıqda müxtəlif problemlərin yaranmasına səbəb olacaqdır. Bundan başqa digər filtrdən istifadə olunduqda filtrlər zəmanət müddətindən tez çirklənir və avadanlıqda müxtəlif problemlər yaranır. Eyni zamanda biz tərəfdən avadanlığa verilən zəmanət qüvvədən düşür (zəmanət müddəti ləğv olunur).
Suyun göstəricisi nomral olsa belə filtrlər istismar müddəti ərzində dəyişdirilməlidir. Göstəricini 4-cü filter (membrana) aşağı salır. Birinci üç filtr (pambıq, kömür, kristal) istismar müddəti ərzində mütləq dəyşidirlməlidir. Əks halda ilk üç filtr həddindən artıq çirklənər və çirki ötürərək diyər filtrləri sıradan çıxarar.
Əks osmos – molekulyar səviyyədə su təmizləmə texnologiyasıdır.
Əks osmos filtrləri su kəmərinə qoşulur, təmizlənmiş su öz kranına verilir və çirkli su isə kanalizasiyaya axıdılır. Membranın filtrinin məsamələri 0,001 mikrondur və burdan ancaq suyun molekulu və oksigen keçə bilir, bunun sayəsində filtrin çıxışında dadlı, xeyirli içməli su alınır. Bu suyu qaynatmadan içmək olar.
Ev, mənzil və bağlarda
Ofis, bank və biznes mərkəzlərində
Otel, qonaq və istirahət evlərində
Əyləncə mərkəzləri, restoran, kafe və barlarda
Səhiyyə obyektlərində
Kosmetologiya və estetik mərkəzlərində
Yaşayış komplekslərində
Bakı şəhəri və ətrafı: Çatdırılma 24-saat, quraşdırılma 1-saat ərzində
Azərbaycanın digər bölgələri: Çatdırılma 2-3 gün, quraşdırılma 1-saat ərzində
Su nədir?
Su (H2O) hidrogenin oksigenlə adi şəraitdə davamlı olan sadə kimyəvi birləşməsidir. Rəngsiz (qalın təbəqələri göyümtül), dadsız və iyisiz mayedir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir.
Su – həyatdır
Yer kürəsinin 2/3-i sudan ibarətdir. Amma “su – həyat mənbəyidir” fikri bundan xeyli əvvəl səslənib. Sonralar isə insana aydın olub ki, su – elə həyatın özüdür. Dünyadakı bütün canlıların (bitkilər, heyvanlar, insanlar) orqanizmi bu və ya digər nisbətdə, sudan ibarətdir. Demək olarki, insan bədənin 78%-i sudan ibarətdir. Suyun sanitariya-gigiyenik əhəmiyyəti böyükdür.
Su – həlledicidir
Su çox universal mühitdir. İnsanın qidasını təşkil edən nemətlərin böyük əksəriyyəti suda həll olur. Su olmasa, insanın həzm prosesi pozular – orqanizmin qidalanması mümkün olmaz. Belə ki, bütün qida maddələri yalnız suda həll olmuş vəziyyətdə (sulu məhlul halında) insanın həzm sistemi tərəfindən “emal” oluna bilir.
Evimizə daxil olan suyun tərkibi
Evimizə daxil olan suyun tərkibində, xlor, dəmir, mis, sink, formaldegid, arsen, benzol, fenol, civə, dezintiriya yaradan bakteriyalar, mikroblar və viruslar mövcuddur. Nəzərə alsaq ki, insan bədəni 78% sudan ibarətdir və gündə 3 litr su qəbul edirik, o zaman bir il ərzində bu maddələrlə bədənimizin nə qədər çirkləndiyini düşünün. Belə suyun qəbulu insan bədənində hər cür onkoloji xəstəliklər yaradır.
İçməli su probleminin həlli
İçməli su probleminin həlli – “Əks Osmos Sistemli su filtrləri”.
Nəticədə su qarışıqlardan azad olur: dəmir, ammonyak və ammonium duzları, nitratlar, nitritlər, ftorlar, sulfatlar, xloridlər, bikarbonatlar, kalsium, magnezium, xlor qalığı, natrium qalıqları. Bundan başqa, əks osmos filterlərin sayəsində suyun ümumi codluğu azalır və suyun qaynadılması zamanı ərpin əmələ gəlməsinin qabağını alır. Əks osmos filtrlərində təmizlənmiş su pis qoxulardan azad olur, heç bir başqa su təmizləmə sistemi bunu təmin etmir.