Su təmizləmə sistemləri, hər növ su filtrlərinin satışı, quraşdırılması və texniki xidməti. 24/7 xidmət

su təmizləmə sistemləri
0
Əsas Müqayisə et0

Yemək yeyərkən su içmək olarmı?

Yemək yeyərkən su içmək olarmı?
  • 15 Mart , 2023

Yemək yeyərkən su içmək olarmı?

Bir çox insan yemək yeyərkən su içməklə bağlı fərqli düşüncələrə sahibdir. Kimisi bunun ziyanlı olduğunu, kimisi isə heç bir ziyanının olmadığını, əksinə faydalı olduğunu iddia edir.

 

Bəs doğrusu necədir? Yemək yeyərkən su içmək olarmı?

İnsan bədənin 70%-ni, beynin isə yarısını təşkil edən su gerçək bir yaşam mənbəyidir. Susuzluq demək olar ki, bütün orqanların fəaliyyətinə mənfi təsir göstərir. Ona görə də yemək və ya digər vaxtlarda fərq etmədən su istehlakını lazımi səviyyəyə qədər artırmaq mütləqdir.

Əksər insanların fikrinə görə yemək sırasında su içmək mədə turşuluğunu zəiflədir və zülalların parçalanmasını ləngidir. Əslində isə suyun həzm şirəsinə ciddi bir təsiri olmadığından həzmə mane olması yanlış fikirdir.

Alimlərin fikrincə həzm prosesi mədədə yox beyində başlayır. İnsan qida haqqında düşündükdə ağız suyu ifraz olunur. Qidanı çeynəyərkən o, ağız suyunun tərkibində olan fermentlərlə qarışır. Daha sonra isə prosesə mədə şirəsi qoşulur.

Qidanın tam olaraq həzm olunması üçün minimum 3-4 saat vaxt tələb olunur. Su isə mədəyə düşdükdən sonra orda cəmi 10-15 dəqiqə qalır. Bu müddətdə suyun fermentləri zəiflətməsi və həzmə mane olması mümkünsüzdür.

Əksinə yemək zamanı su içmək daha faydalıdır. Belə ki, su mədə şirəsini və fermentləri zəiflətmir, əksinə prosesi daha da sürətləndirməyə kömək edir. Bədən onsuz da qidanı həzm etmək üçün lazımi miqdarda mayeni ifraz edir, su isə bu əsnada bədənin susuz qalmasına mane olur.

Yemək zamanı su içməyin bir faydası da yeməyə fasilə verməyimizə şərait yaratmasıdır. Bu fasilələr isə doyumluluq hissinə daha tez çatmağımıza səbəb olur və mədədə ağırlığın qarşısı alınmış olur.  

Təmiz su için, sağlam qalın!

Məqalələrimizi Oxuyun

Qış aylarında su içməyin 5 faydası
  • 15 Mart , 2023

Qış aylarında su içməyin 5 faydası

İsti yay günlərində bədənimizdə susuzluq hissi çox tez-tez özünü göstərir və su içmək tələb olunur. Qışda is...

Daha çox oxu
Su filtrlərinin vacibliyi
  • 15 Mart , 2023

Su filtrlərinin vacibliyi

Dünyanı cənginə almış COVID-19 pandemiyası bəşəriyyətin həyat tərzinə ciddi təsir göstərdi. Sağlamlıq, şəxsi gigiyena, profilaktik ö...

Daha çox oxu